TV

TV

Görmə qabiliyyəti

Səsli bələdçi
Səsli bələdçi Smart TV televizorlarına ekranınızda göstərilən elementlərin audio təsvirini göstərməyə imkan verir. Bu, görmə məhdudiyyəti olan və ya ekrana baxmaqda çətinlik çəkən şəxslərin əsas TV funksiyalarından və müxtəlif ağıllı xidmətlərdən, məsələn, səsli geribildirim ilə internetdə axtarış etmək kimi xidmətlərdən istifadə etməsinə kömək edir. Səsli bələdçi ilə siz hazırda aktiv olan kanal və səs səviyyəsi, hazırda yayımlanan verilişlər və gələcək yayımlar, habelə, baxış proqramı barədə məlumatı dinləyə bilərsiniz.
  • Səs səviyyəsini/sürətini/tonunu tənzimləyin
  • Səsli bələdçidən istifadə edərək, TV-nin fon səsini tənzimləyin
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Səsli bələdçi
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Səsli bələdçi
Audio deskripsiya
Audio təsvir, görmə məhdudiyyəti olan və ya ekrana baxmaqda çətinlik çəkən şəxslər üçün bir çox televiziya proqramı tərəfindən təqdim edilən xidmətdir. Ekranda nələrin baş verdiyinin başa düşülməsinin asanlaşdırılması üçün səhnənin sözlə təsvirini verən əlavə audio trek yayımlanır. Səhnədəki dəyişikliklər, personajların ifadələri, jestləri, kostyumları və s. barədə məlumat əldə edərək, daha çox zövq alın.
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Audio deskripsiya
  • * Necə quraşdırmalı : Əlçatanılıq qısayollara daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Audio təsvir
  • * Audio deskripsiya yalnız müvafiq anda izlədiyiniz yayım tərəfindən dəstəkləndiyi halda istifadə oluna bilər.
Böyütmə
Böyütmə funksiyası zəif görmə qabiliyyətli şəxslərə ekrandakı bütün elementləri, o cümlədən mətn və şəkilləri, 200%-ə qədər böyütməyə imkan verir. İstifadəçilər böyüdülmüş sahəni ekranda hərəkət etdirərək baxmaq istədikləri hissəni tənzimləyə bilərlər.
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Böyütmə
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Böyütmə
Yüksək kontrastlıq
Açıq rəngli mətnin tünd fon qarşısında göstərilməsi, rəng görmə qüsuru və ya zəif görmə qabiliyyəti olan şəxslərin ekrandakı mətni daha aydın görməsinə kömək edir. Siz əsas xidmət ekranının fon rəngini qaraya, mətnin rəngini isə, ağa və ya sarıya dəyişə, bununla da görüntü aydınlığını artıra və gözlərə düşən yükü azalda bilərsiniz. Bundan əlavə, mətnin daha da aydın olması üçün şəffaf TV menyu ekranı avtomatik olaraq qeyri-şəffaf hal alır.
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Yüksək kontrastlıq
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Yüksək kontrastlıq
Zoom menyusu
və mətn
Menyunun və mətnin miqyasının dəyişdirilməsi funksiyası görmə qabiliyyəti zəif olanlara kömək etmək üçün menyuları və mətni böyüdür. Siz Kanal haqqında məlumat, Smart Hub, Tənzimləmələr, çıxan pəncərələr və s. xidmət ekranlarının bölmələrini daha ətraflı şəkildə oxuya və mətni böyüdə bilərsiniz.
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Menyunun və mətnin miqyasının dəyişdirilməsi
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Menyunun və mətnin miqyasının dəyişdirilməsi
Boz cədvəl
Rəngləri tanımaqda çətinlik çəkir və ya gözlərinizi çox yükləyirsinizsə, siz, boz cədvəldən istifadə edərək, ekranın rəngini ağ-qaraya dəyişə bilərsiniz. Siz rənglərin bulanıq etdiyi konturları daha aydın hala gətirmək və gözlərinizə düşən yükü azaltmaq üçün ağ-qara rejimindən istifadə edə bilərsiniz.
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Boz cədvəl
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Boz cədvəl
Rəng çevrilməsi
İşığa qarşı həssaslığınız varsa və ya görmə qabiliyyətiniz zəifdirsə, siz fonu qara fona, mətni isə, ağ mətnə çevirə bilərsiniz. Rəng çevrilməsi görüntünün tanınma dərəcəsini artırmağa, işığın əks olunma dərəcəsini və gözlərə düşən yükü azaltmağa kömək edir.
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Rəng çevrilməsi
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Rəng çevrilməsi
SeeColors rejimi
SeeColors rejimi, bütün Samsung QLED televizorlarında mövcuddur və rəng görmə qüsuru olan şəxslərin ekran rənglərini gözlərinə uyğun tənzimləməsinə kömək edir. Rəng görmə qüsurunun mövcudluğunu və dərəcəsini yoxlaya, nəticələrə əsaslanaraq isə ekran rənglərini gözlərinizin tanıya biləcəyi spektrə uyğun tənzimləyə bilərsiniz.
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > SeeColors rejimi
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > SeeColors rejimi
Learn TV Remote
Learn Remote Control funksiyası zəif görmə qabiliyyətli şəxslər də daxil olmaqla görmə məhdudiyyəti olan şəxslərin pult düymələrinin yerini və işləmə qaydasını sürətlə öyrənməsinə imkan verir. TV sizə hər bir düymənin təyinatını söyləyəcək.
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Learn TV Remote
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Learn TV Remote
Learn menu ekranı
Learn menu ekranı zəif görmə qabiliyyətli şəxslər də daxil olmaqla görmə məhdudiyyəti olan şəxslərin müxtəlif TV funksiyalarını öyrənməsinə imkan verir. Bu funksiya pultun, əlçatanlıq menyusunun, TV səs bələdçisinin necə istifadə ediləcəyinə dair elektron audio izahlar verir, yayımla, baxış proqramı və s. ilə bağlı təlimatlar təqdim edir.
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Learn Menu Ekranı
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Learn Menu Ekranı
Səsli subtitrlər
Bu səsli funksiya AI köməyi ilə videodakı subtitrləri tanıyır və onları səsləndirir.
  • Səsli Subtitrlər
  • Səsli Subtitrlərin Səs Səviyyəsi
  • Səsli Subtitrlərin Sürəti
  • Videonun Səs Səviyyəsi
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Səsli Subtitrlər
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Səsli Subtitrlər
Avtomatik ekran söndürmə
Bu funksiyadan istifadə etdiyiniz zaman televizorun ekranı söndürülür, lakin siz televizorun səsinə qulaq asmağa davam edə bilirsiniz. Ekranı təkrar yandərmaq üçün sadəcə pultun üzərindəki istənilən bir düyməni basın (Yandırb-söndürmə düyməsi və Səs artırma/azaltma düyməsi istisna olmaqla).
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Görüntünün Söndürülməsi
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Görüntünün Söndürülməsi
Relumino rejimi
Relumino Rejimi, obyektlərin konturunu gücləndirərək, kontrastlığı artıraraq, habelə, parlaqlığı və rəngi tənzimləyərək, şouların, kinoların və sənədli filmlərin izlənilməsini daha da asanlaşdırır.
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Relumino Rejiminin Tənzimləmələri
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Relumino Rejiminin Tənzimləmələri

Eşitmə qabiliyyəti

Altyazı
Bir çox TV proqramların altyazısı təqdim olunur. Dialoq, eşitmə problemi olan və ya kar istifadəçilər üçün ekranda mətn kimi göstərilir. Altyazılar ekranı bağlayır və izləməyə maneçilik törədirsə, siz onları sizin üçün daha rahat yerə keçirə bilərsiniz. Bundan əlavə, daha yaxşı görüntünü təmin etmək üçün, siz şriftin ölçüsünü, rəngini və fon rəngini, habelə, şəffaflığı öz ehtiyaclarınıza uyğun şəkildə təyin edə bilərsiniz.
  • Altyazı
  • Ayrıca Bağlı Altyazı
  • Altyazı Rejimi
  • Rəqəmsal Altyazı Opsiyaları
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Altyazı Tənzimləmələri
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Altyazı Tənzimləmələri
  • * Yayım proqramı, regiondan asılı olaraq, fərqlənə bilər.
  • * Altyazı xidmətlərinin mövcudluğu, yayım şirkətindən asılı olaraq, fərqlənə bilər.
İşarə dili sahəsinin miqyasının dəyişdirilməsi
İşarə dilini böyütmə funksiyası işarə dili sahəsini avtomatik tanıyır və böyüdür, bu da eşitmə problemi olan və ya kar istifadəçilərin ağız və üz ifadələrini daha ətraflı görməsinə imkan verir. Siz işarə dili sahəsini təyin edə və böyütmə dərəcəsini 200%-dək təyin edə bilərsiniz. Zəif görmə qabiliyyətli istifadəçilər bu funksiyanı idman yarışları və ya viktorina proqramlarındakı ballar kimi xüsusi sahələri böyütmək üçün də istifadə edə bilərlər. Əgər müəyyən bir müddət ərzində işarə dili aşkar olunmazsa, TV istifadəçiyə işarə dilini böyütmə funksiyasını asanlıqla deaktiv etməyi təklif edəcək.
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > İşarə Dili Sahəsinin Miqyasının Dəyişdirilməsi Tənzimləmələri
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > İşarə Dili Sahəsinin Miqyasının Dəyişdirilməsi Tənzimləmələri
Çox çıxışlı Audio
Çox çıxışlı audio funksiyası eşitmə qabiliyyəti zəif olan istifadəçilərə ailələri ilə birlikdə TV-yə baxmağa imkan verir. Səs eyni zamanda həm dinamiklərə, həm də qulaqlıqlara verilir, bununla da, hər bir ailə üzvü yayımdan özünə lazım olan səs səviyəsinə uyğun zövq ala bilir. Eşitmə qabiliyyəti zəif olan istifadəçilər Bluetooth cihazlardan, digər ailə üzvləri isə, TV dinamiklərindən istifadə edə bilərlər.
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Çox çıxışlı Audio
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Çox çıxışlı Audio

Mobillik

Pult düyməsi
Təkrar Basılmasının Tənzimlənməsi
Pult düymələrinin işləmə sürəti sizin üçün rahat deyilsə, Pult Düyməsinin Təkrar Basılmasının Tənzimlənməsi funksiyası düymələrin işləmə sürətini azaltmağa imkan verir. Kanalların dəyişdirilməsini, səs səviyyəsinin tənzimlənməsini və ya siyahı elementlərinin yerinin dəyişməsini sizin üçün daha rahat etmək üçün, pultun davamlı işləmə sürətini tənzimləyə bilərsiniz.
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Pult düyməsinin təkrar basılmasının tənzimlənməsi
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Pult düyməsinin təkrar basılmasının tənzimlənməsi

Əlçatanlıqla bağlı müştərilərə dəstək

Əlçatanlıqla bağlı dəstək almaq üçün bizə müraciət edin